DGK yanvar-may ayları üçün nəzərdə tutulan büdcə öhdəliyini 120,03% yerinə yetirib
Dövlət Gömrük Komitəsi (DGK) 2022-ci il yanvar-may ayları üçün nəzərdə tutulan büdcə öhdəliyini 120,03% yerinə yetirib.
Bu barədə DGK-nın sədri Səfər Mehdiyev özünün sosial şəbəkə hesabında yayıb.
"Belə ki, 2 milyard 63,79 milyon manat vəsait dövlət büdcəsinə köçürülüb ki, bu da nəzərdə tutulan proqnozdan 344,39 milyon manat artıq deməkdir", - deyə o, əlavə edib.