Onkoloji xəstəliklərin icbari tibbi sığorta üzrə xidmətlər zərfinə daxil edilməsi nəzərdə tutulur - RƏSMİ


"Azərbaycanda onkoloji xəstəliklərin icbari tibbi sığorta üzrə xidmətlər zərfinə daxil edilməsi nəzərdə tutulur, bu istiqamətdə araşdırma aparılır".


"Report"un xəbərinə görə, bunu bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin sədri Zaur Əliyev Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında deyib.

O qeyd edib ki, onkoloji xəstəliklərlə bağlı xüsusi dövlət proqramı var:

“Amma tələb çox olduğuna görə növbəti illərdə biz onkoloji xəstəlikləri xidmətlər zərfinə sala bilərik. Biz bu istiqamətdə araşdırmalar aparırıq, onkoloji xəstəliklərin xərclərini müəyyən etmək istiqamətində işlər həyata keçiririk”, - deyə Z.Əliyev əlavə edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu