Azərbaycanla Səudiyyə Ərəbistanı arasında investisiya imkanları müzakirə olunub
Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov Davosda Səudiyyə Ərəbistanı Krallığının investisiya naziri Xalid Al-Falih ilə görüşüb.
Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov özünün sosial media hesabında yazıb.
“Davosda Səudiyyə Ərəbistanı Krallığının investisiya naziri Xalid Al-Falih ilə keçirdiyimiz görüşdə ölkələrimiz arasında iqtisadi münasibətlərin inkişaf perspektivləri, Azərbaycanda Səudiyyə Ərəbistanı şirkətlərinin fəaliyyəti, investisiya və biznes sahəsində əməkdaşlıq imkanları barədə müzakirələr apardıq“, - deyə, o qeyd edib.