Hüseyn Cavidin bilinən yeganə VİDEOSU

AFN.az-ın redaksiyasına Azərbaycanın dahi şair və dramaturqu Hüseyn Cavidin indiyə qədər görünməyən və yeganə olduğu bildirilən video görüntüsü göndərilib.
Oxucumuz tərəfindən ünvanlanan kadrın 1926-cı ildə I Türkoloji Qurultay zamanı çəkildiyi bildirilir. H.Cavid Qurultay iştirakçıları arasında görüntülənib. Həmin videonu təqdim edirik:
[media=https://www.youtube.com/watch?v=qetRDRIwBvU]