“Rusiya-Ukrayna danışıqları dayandırılıb” - Podolyak


Rusiya-Ukrayna danışıqları dayandırılıb.


Bu barədə Ukrayna Prezident Aparatı rəhbərinin müşaviri Mixail Podolyak məlumat verib. Qeyd edib ki, rusların tələbləri cəbhədəki hadisələrdən fərqli olaraq dəyişmir:

"Bizdən fərqli olaraq, 82 günlük müharibə zamanı Rusiya başa düşmədi ki, Ukraynada vəziyyət heç də əvvəllər olduğu kimi deyil. Onlar öz direktivlərini dəyişmir, şantaj etməyə davam edir, bəzi mövqelərini açıq şəkildə bəyan edirlər... Orada hamı Ukraynaya qarşı hansısa iddialar irəli sürür, onlar guya "Ukrayna nasizmi"nin mövcud olduğu bir dünyada yaşayırlar. Artıq dünya bilir ki, bu gün nasizmin yalnız bir növü var – Rusiya nasizmi. Bizim bu problemə daha dərindən yanaşmağımızın vaxtı gəldi. Danışıqlar prosesi çərçivəsində Rusiyanın denazifikasiyası problemləri də var”, - Podolyak bildirib.

Onun sözlərinə görə, proses dayandırılsa da, bu o demək deyil ki, sonda tərəflər danışıqlar masasına əyləşməyəcək:

"Bu gün o danışıqlar prosesi dayandırılıb. İstanbul kommünikesindən sonra heç bir dəyişiklik, irəliləyiş yoxdur. Rusiya hələ də öz stereotip düşüncəsində qalır. Amma istənilən müharibə danışıqlar masası arxasında bitəcək və bu, Prosesin moderatoru cənab Zelenski olacaq”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu