Paşinyan Rusiyada səfərdədir
Ermənistanın Baş naziri Nikol Paşinyan Moskvaya rəsmi səfər edib.
AFN.az “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bu barədə məlumatı Paşinyanın Mətbuat xidməti yayıb.
Paşinyan bu gün Moskvada Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv dövlətlərin növbəti sammitində iştirak edəcək.
Xatırladaq ki, Ermənistan hazırda bu təşkilata sədrlik edir.