Hikmət Hacıyev Brüsseldə Armen Qriqoryanla görüşəcək
Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev mayın 2-də Brüsseldə Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla görüşəcək.
“Qafqazinfo” erməni mediasına istinadən xəbər verir ki, bunu Qriqoryan deyib. bazar ertəsi, mayın 2-də Brüsseldə görüşəcək.
“Biz Azərbaycan-Ermənistan münasibətləri ilə bağlı bir sıra məsələləri müzakirə edəcəyik. Əgər bütün bu suallara Brüsseldə cavab ala bilsək, o zaman ölkə liderləri səviyyəsində görüşü də müzakirə edə bilərik”, - deyə Armen Qriqoryan bildirib.