Aİ Ukraynaya əlavə 1,5 milyard avro hərbi yardım ayıracaq
Avropa İttifaqı Ukraynaya əlavə 1,5 milyard avro hərbi yardım ayıracaq.
"Report" bu barədə "Reuters"ə istinadən xəbər verir.
Bu bəyanatı Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Kiyevə səfəri zamanı bildirib.
Qeyd edək ki, bu gün Kiyevdə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşüb.