Yasamalda küçəni təmizləyən fəhlə qumbara tapdı - FOTOLAR


Bakının Yasamal rayonu ərazisində qumbara aşkarlanıb.


Bu barədə “Qanun” nəşrlər evinin rəhbəri Şahbaz Xuduoğlu feysbukda bildirib.

“Binanın ətrafını təmizləyən fəhlə beli xoşbəxtlikdən qumbaraya toxundurmayıb. Şəkildən göründüyü kimi, qumbara istifadə olunmayıb, necə deyərlər “sağlamdır””, - o yazıb.

Xuduoğlu əlavə edib ki, Fövqəladə Hallar Nazirliyinə xəbər verildikdən sonra aidiyyəti qurumun əməkdaşları lazımi tədbirlər görüb.








AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu