Şəmkirdə valyutadəyişmə məntəqəsinə qumbara atıldı - Yaralılar var (YENİLƏNİB)


Şəmkirdə valyutadəyişmə məntəqələrinin birinə qumbara atılıb.


Hadisə nəticəsində, 51 yaşlı Nəsib Heydərov və 1990-cı il təvəllüdlü Binnət Qarayev xəsarət alıb.

Onlar xəstəxanaya yerləşdirilib, vəziyyətləri orta-ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

***

Şəmkirdə valyutadəyişmə məntəqələrinin birinə qumbara atılıması ilə əlaqədar Daxili İşlər Nazirliyi məlumat yayıb.


DİN-in Mətbuat Xidmətindən bildirilib ki, hadisə ilə bağlı dərhal Şəmkir rayon Polis Şöbəsinin əməkdaşları həmin ünvana gəlib.

Hazırda yaralıların sayı və vəziyyəti dəqiqləşdirilir.

Cinayəti törətməkdə şübhəli bilinən şəxs və ya şəxlərin müəyyən edilməsi istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu