Vilyam Hacıyevin məhkəməsində şahid: "Torpaq sənədi almaq üçün pul istədilər"


Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində İmişli Rayon İcra Hakimiyyətinin (RİH) həbsdə olan sabiq başçısı Vilyam Hacıyevin cinayət işi üzrə məhkəmə iclasında şahid dindirilir.


Hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə şahid Aqil Fəzailoğlu ifadəsində bildirib ki, torpaq almaq üçün iRİH-də Hüseyn adlı şəxsə pul verib: "Torpağımın sənədi qaydasında idi. Sadəcə şərtlərlə bağlı problem yaranmışdı. Müqavilənin müddətini artırmaq üçün İmişli Rayon İcra Hakimiyyətindən pul tələb olundu. Buna görə də 1 000 manat pul verdim".

Məhkəmə davam edir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu