"Rusiyadan rublla qaz almaq sanksiyaların pozulmasıdır"- Avropa Komissiyası xəbərdarlıq etdi


"Bloomberg" agnetlyinin yaydığı xəbərə görə, Avropa Komissiyası Avropa İttifaqı üzvlərinə xəbərdarlıq edib ki, Rusiya qazı üçün Moskvanın tələbi ilə rublla ödəniş etmək sanksiyaların pozulması hesab olunacaq.


Komissiyanın ilkin hüquqi təhlilinə görə, Prezident Vladimir Putinin sərəncamı proseduru mahiyyətcə dəyişir və yeni hüquqi vəziyyət yaradır. Agentliyin həmsöhbəti deyib ki, yeni prosedur tranzaksiyalara tam nəzarəti Rusiya dövlətinə verəcək. Bundan başqa Aİ-nin Rusiyaya qarşı məhdudlaşdırıcı tədbirləri pozulmuş olacaq.

Putinin martın 31-də imzaladığı sərəncam “qeyri-dost” ölkələrə təbii qazı rublla satmağı nəzərdə tutur. Sənədə görə, Rusiya qazının alıcıları aprelin 1-dən qaz üçün ödənişlərdən ötrü Rusiya banklarında rubl hesabı açmalıdırlar. Kreml həmçinin başqa şərtlər irəli sürülərsə, qərarı dəyişə biləcəyini istisna etməyib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu