Ceyhun Bayramov Lavrovla sülh müqaviləsinin hazırlanmasını müzakirə edib
Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramovla Rusiyanın XİN başçısı Sergey Lavrov arasında telefon danışığı olub.
Bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumata yayıb.
Məlumatda bildirilir ki, nazirlər ikitərəfli münasibətlərin geniş spektri, bu il fevralın 22-də iki ölkə arasında imzalanmış müttəfiqlik haqqında Bəyannamənin müddəalarının icrasısını müzakirə edib, bir sıra regional və beynəlxalq mövzular üzrə fikir mübadiləsi aparılıb.
Bayramovla Lavrov 9 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il tarixli yüksək səviyyəli üçtərəfli bəyanatların bütün müddəalarının icra olunmasının gedişatını, o cümlədən iqtisadi və nəqliyyat əlaqələrinin bərpa olunması üzrə Üçtərəfli İşçi Qrupun fəaliyyətini, Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası üzrə Komissiyanın fəaliyyətə başlaması üçün səyləri, habelə Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin hazırlanması üzrə danışıqlara şərait yaradılmasını nəzərdən keçirib.