"Vətən Bağı" Sosial Təşəbbüslər ictimai birliyi rəsmi qeydiyyata alındı


"Vətən Bağı" Sosial Təşəbbüslər ictimai birliyi rəsmi qeydiyyata alınıb.


Bu barədə birliyin təsisçisi Emin Tarverdiyev məlumat paylaşıb.

O bildirib ki, sosial-ictimai fəaliyyətlərini bundan sonra "Vətən Bağı" ST İB olaraq davam etdirəcəklər:

"İctimai Birliyimiz rəsmi olaraq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində qeydə alındı. 28 dekabr 2021-ci ildə ƏN Qeydiyyat və notariat baş idarəsinə təqdim etdiyimiz sənədlər bugün rəsmi təsdiqlə və ŞƏHADƏTNAMƏ ilə bizə verildi, fəaliyyətimizdə uğurlar arzulandı.

"Vətən Bağı" Sosial Təşəbbüslər ictimai birliyi olanadək gördüyümüz işlər həmişə şəffaf şəkildə sizlərə çatdırılıb. Tam səmimi deyim ki, bundan sonra da görəcəyim işlər şəffaf şəkildə bizə dəstək olan dostlara təqdim olunacaq.

Dəyərli dostlar!

Sənədləşmə işlərində bizə xüsusi olaraq köməklik göstərən insanlar (sosial şəbəkələrdə olsalar da adlarını özüm tag etmirəm) olub. O insanlara haqqlarını bizə halal etməyi xüsusi rica edirəm. Ən əsası isə bizə güvənib yanımızda olan bütün dostlara təşəkkürlərimizi və sayğımızı bildirirəm.
Artıq köynəklərin qolunu çırmalamaq zamanıdı. Çünki görüləcək çox işlər var və bizi gözləyir".






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu