Buraxılış imtahanında 13 nəfərin nəticəsi ləğv olunub

Tam (11 illik) orta təhsil səviyyəsi üzrə 5-6 martda keçirilən buraxılış imtahanlarında iştirakı nəzərdə tutulan 47 726 nəfərdən 513 nəfər imtahana gəlməyib.
İmtahan qaydalarını pozduğu üçün 13 nəfərin nəticəsi ləğv olunub.
İmtahan iştirakçıları arasında 2 nəfər – Bakı şəhəri 125 saylı və Bakı şəhəri 286 saylı orta məktəblərin məzunları maksimal olan 300 bal toplayıb.