Kremlin Kadırovun Ukraynada olmasından xəbəri yoxdur

Kremldə Çeçenistan rəhbəri Ramzan Kadırovun Ukraynadakı əməliyyat zonasına səfəri ilə bağlı məlumat yoxdur.
Bunu Kremlin sözçüsü Dmitri Peskov bildirib.
“Belə məlumat yoxdur. Məncə, o, birbaşa harada olduğunu təsdiq etməyib. Bununla bağlı heç bir təsdiq yoxdur”, - Kremlin mətbuat katibi Kadırovun Ukraynada əməliyyat zonasında olub-olması ilə bağlı sualları Çeçenistan administrasiyasına yönləndirməyi xahiş edib.