Türkiyənin vitse-prezidenti: "Ukraynada sülh olması üçün əlimizdən gələni edəcəyik"

“Ukraynada atəşkəsin təmin olunması, humanitar dəhlizlərin açılması və sülh olması üçün əlimizdən gələni edirik”.
Bunu Türkiyənin vitse-prezidenti Fuad Oktay deyib.
“İnsanların öldüyü heç bir savaşın qalibi yoxdur. Atəşkəs çağırışımızı təkrarlamağa davam edəcəyik. Biz regional əməkdaşlığın tərəfdarıyıq”, - deyə o bildirib.