Türkiyənin vitse-prezidenti: "Qarabağda görüləcək çox gözəl işlərimiz var"


“Biz bir millətik və bunu göstərəcəyik. Sadəcə döyüş meydanında deyil, ondan sonra işğaldan azad olunan bölgələrin bərpa və tikintisində də sizinlə birgə olacağıq. Görüləcək çox gözəl işlərimiz var”.


“Report” xəbər verir ki, bu fikirləri Türkiyənin vitse-prezidenti Fuat Oktay Azərbaycanın Baş naziri Əli Əsədovla görüşündə söyləyib.

Ə.Əsədov Türkiyənin Qarabağ məsələsində olduğu kimi, COVID-19 pandemiyası dövründə də Azərbaycana olduqca dəstək verdiyini söyləyib və bu dəstəyə görə Türkiyəyə minnətdarlığını ifadə edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu