Türkiyənin vitse-prezidenti: "Nensi Pelosinin Ermənistanda səsləndirdiyi fikirlər qəbuledilməzdir"


“ABŞ Konqresinin Nümayəndələr Palatasının sədri Nensi Pelosinin Ermənistana səfəri zamanı səsləndirdiyi fikirlər tarix və hazırkı reallıqlara uyğun deyil. Eyni zamanda, onun fikirləri xoş niyyətdən tamamilə uzaqdır, tərəfli mövqeyin göstəriçisidir və diplomatik səyləri sabotaj edən açıqlamalardır. Heç bir halda bunların qəbul edilməsi mümkün deyil".



AFN verir ki, bunu Türkiyənin vitse- prezidenti Fuat Oktay tviterdə yazıb.

O, həmçinin beynəlxalq ictimaiyyətə müraciət edib. Vitse-prezident vurğulayıb ki, hazırda bölgədə sülh və sabitliyə ehtiyac var: “Regionda daimi sülh və sabitliyə ehtiyac olan bir vaxtda bütün beynəlxalq aktorları soyuqqanlı, ədalətli və məsuliyyətli davranmağa dəvət edirəm. Otuz ildir haqsız şəkildə işğal altında olan torpaqlarını azad etmək üçün mübarizə aparan Can Azərbaycanın yanında durmağa qətiyyətlə davam edəcəyik”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu