Dövlət Departamentinin Pelosinin bəyanatlarına reaksiyasını gözləyirik - Qənirə Paşayeva


"ABŞ Konqresinin Nümayəndələr Palatasının sədri Nensi Pelosi Ermənistanda ölkəmizin əleyhinə çox qərəzli və qəbuledilməz bəyanat verib. Spiker Pelosi Azərbaycana qarşı qətnamə hazırlandığını, ermənilərə hər zaman kömək etməyə hazır olduqlarını söyləyib, ATƏT-in Minsk Qrupunu yenidən “diriltməyə” çağırıb. Nensi Pelosi noyabr ayında ABŞ-da parlamentə keçirilən seçkilərdə ermənilərdən daha çox dəstək almaq niyyəti ilə hətta Zəngəzur dəhlizinin əleyhinə olduğunu da xüsusi vurğulayıb".

AFN.az xəbər verir ki, bunu deputat Qənirə Paşayeva deyib. Onun sözlərinə görə, əslində 1992-ci ildə ölkəmizə qarşı hərbi təcavüz edən Ermənistanı deyil, təcavüzə və işğala məruz qalan Azərbaycanı cəzalandırmaq üçün “Azadlıq aktına 907-ci düzəliş”i qəbul edən ABŞ Konqresindən və onun spikerindən ədalət və beynəlxalq hüquqa hörmət gözləməyin mənası yoxdur: "Bunu vurğulamaqla yanaşı, Nensi Pelosinin bu cür təhrikçi və bölgədə sülhə və təhlükəsizliyə böyük zərbə olan, revanşistləri daha da qızışdıran bəyanatını qəti şəkildə pisləyirik və ABŞ-da yaşayan soydaşlarımızı, qardaş və dost xalqların bu ölkədəki diaspor təşkilatlarını bu məsələdə xüsusu həssas olmağa, ciddi etirazlarını bildirməyə çağırırıq".
Q.Paşayeva qeyd edib ki, erməni diasporunun əlində oyuncağa çevrilən və ABŞ-Azərbaycan arasında strateji müttəfiqliqlik əlaqələrini ciddi şəkildə zərbə vuran Pelosinin ədalətsiz və zərərli bəyanatına Dövlət Departamenti tərəfindən qısa zamanda adekvat reaksiya verilməsini gözləyirik: "Pelosi kimi siyasətçilərin bəyanatlarını gördükdə bir daha anlayırsan ki, Azərbaycan Prezidenti, Azərbaycan xalqı və Azərbaycan ordusu 44-günlük ikinci Qarabağ savaşında Ermənistanı məğlub edərək torpaqlarını işğaldan azad etməklə nə qədər böytük tarixi zəfərə və başarıya imza atıb. Bu zəfərin və qələbənin qiymətini daha çox bilək, birliyimizi, gücümüzü və dövlətimizi daha da güclü qoruyaq! Hamımız Ali Baş Komandanın ətrafında yumruq kimi birləşməliyik və ölkəmizi zəiflətməyə uzanan əllərə və niyyətlərə qarşı ciddi mübarizə aparmalıyıq".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu