Əli Əsədov Türkiyənin Vitse-prezidentinə məktub ünvanlayıb


Azərbaycan Respublikasının Baş Naziri Əli Əsədov oktyabrın 15-də Türkiyə Respublikasının Vitse-prezidenti Fuat Oktaya məktub ünvanlayıb.



Nazirlər Kabinetindən AFN-ə bildirilib, məktubda Ermənistanın Azərbaycana qarşı davam edən hərbi təxribatı barədə son məlumatlar verilib.

Xüsusi vurğulanıb ki, təxribatın ilk saatlarından etibarən qardaş Türkiyə bütün səviyyələrdə bu xain təcavüz aktını qətiyyətlə pisləyib və hər zaman Azərbaycanın yanında olduğunu bəyan edib.

Türkiyə Respublikasının Prezidenti və Vitse-prezidentinin, müvafiq dövlət qurumlarının rəhbərlərinin, parlament üzvlərinin və ümumiyyətlə, bütün qardaş türk xalqının Ermənistanın təcavüz aktına qəti və birmənalı münasibət bildirməsi Azərbaycanın öz haqq işində yalnız olmadığının göstəricisi kimi qiymətləndirilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu