Müdafiə Nazirliyi ehtiyatda olan zabitlərin xidmətə qəbulunu elan etdi


Müdafiə Nazirliyi Azərbaycan Ordusunda bağlaşma əsasında könüllü olaraq zabitlərin həqiqi hərbi xidmətə qəbul edilmələri üçün fiziki cəhətdən sağlam, məhkumluğu olmayan, 35 yaşınadək ehtiyatda olan zabitlərin həqiqi hərbi xidmətə qəbulunu elan edib.


Bu barədə AFN-a nazirlikdən məlumat verilib.

"Vətəndaşlar bazar və bayram günləri istisna olmaqla saat 09:00-dan 17:00-dək Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzinə ərizə ilə və ya Müdafiə Nazirliyinin elektron poçt ünvanına müraciət edə bilərlər.

Məhkumluğu olan, xəstəliyə və xidməti uyğunsuzluğa görə həqiqi hərbi xidmətdən ehtiyata buraxılan şəxslərin müraciət etməməsi xahiş olunur", - nazirlikdən bildirilib.

Sənədlər Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində qəbul olunur.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu