Rusiyaya qarşı daha bir amansız texnoloji zərbə


Dünya nəhənglərindən olan "Oracle" şirkəti də Ukraynaya qarşı aparılan müharibə ilə bağlı Rusiya bazarından çıxacağını rəsmi olaraq açıqlayıb.


Bir müddət öncə Ukrayna Rəqəmsal Transformasiya naziri bütün dünya İT şirkətlərinə, o cümlədən məxsusi olaraq "Oracle" şirkətinə bununla bağlı müraciət etmişdi. İT məsələləri üzrə mütəxəssis Osman Gündüz xəbəri şərh edərkən bildirib ki, "Oracle" dünyada proqram məhsulları, data baza məhsulları, serverlər və digər İT avadanlıqlar sahəsində ən öndə gedənlərdəndi: "Təkcə bir faktı qeyd edim ki, son bir neçə ildə bu şirkət 80 milyard dollar investisiya yatıraraq bir çox texnoloji şirkətləri özünə birləşdirib. Rusiyada əksəriyyət banklar, mobil operatorlar, xidmət sektoru, vergi, təhsil, səhiyyə, logistika, neft-kimya sahələri və bəzi dövlət qurumlarının data bazası bu şirkətin texnologiyaları üzərində "oturub". 28 il vardı ki, bu şirkət Rusiya oturuşmuşdu. "Oracle" texnologiyaları demək olar ki, ötən 28 ildə Rusiyanın bütün infrastrukturuna inteqrasiya edib. Rusiyanın on milyonlarla vətəndaşının məlumatları bu sistem üzərində işlənir. Son zamanlar süni intellekt həlləri sahəsində xeyli irəliləmişdi. "Oracle"nin Rusiya bölməsi MDB məkanında mərkəz hesab olunurdu və dövriyyəsi yüz milyonlarla ölçülür. Beləliklə, "Oracle"in gedişi o deməkdir ki, sabahdan support, update, yeni avadanlıqlar, yeni proqramlar olmayacaq".
Eksöertin sözlərinə görə, bu, olduqca ciddi texnoloji risklər olan bir hadisədir: "Əlbəttə, bəzi xırda kəm-kəsirlər yerli kadrlar hesabına aradan qaldırıla biləcək. Amma istənilən halda bu gediş o deməkdir ki, sabah milyonlarla müştərisi olan bir bank, bir xidmət sektoru bir anda çökə bilər və geri dönüşü olmayan proseslər baş verə bilər.
Nəzərə alsaq ki, bu sektordakı digər əsas oyunçular da xarici şirkətlərdi onda Rusiyanın ümidi ancaq açıq mənbə kodlu proqram məhsulları ola biləcək".




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu