Ceyhun Bayramov: “Azərbaycan BMT-nin səmərəli fəaliyyətinin tərəfdarıdır”


“Azərbaycan BMT-nin səmərəli fəaliyyətinin tərəfdarıdır. Ölkə BMT Nizamnaməsinin prinsiplərinə, BMT orqanları, o cümlədən İnsan Hüquqları üzrə Ali Komissarlıq İdarəsi, digər hüquq müdafiəsi mexanizmləri ilə qarşılıqlı dialoqa və hörmətə əsaslanan əməkdaşlığa sadiqdir”.


Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov BMT-nin İnsan Hüquqları Şurasının 49-cu iclasında videoformatda çıxışı zamanı deyib.

O xatırladıb ki, bu il Azərbaycanın BMT-yə üzv olmasının 30 ili tamam olur.

Nazir əlavə edib ki, Azərbaycan etibarlı və məsuliyyətli qlobal qurum kimi BMT-nin İnsan Hüquqları Şurasına dəstəyini davam etdirir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu