Ceyhun Bayramov britaniyalı nazirlə Ukraynadakı vəziyyəti müzakirə edib


Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovun Böyük Britaniyanın Xarici İşlər, Birlik ölkələri və İnkişaf Ofisində Avropa məsələləri üzrə dövlət naziri Ceyms Kleverli ilə telefon danışığı baş tutub.


Bu barədə AFN.az-a Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.

Tərəflər regional məsələlər, xüsusilə Ukraynadakı vəziyyət ilə bağlı fikir mübadiləsi aparıblar.

Nazirlər ikitərəfli əməkdaşlıq gündəliyinin aktual məsələlərini, habelə qarşılıqlı maraq doğuran digər mövzuları müzakirə ediblər.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu