Nazir Türkiyə-Azərbaycan Universitetinin yaradılması haqda: "Heç də asan deyil..."


"Türkiyə-Azərbaycan Universitetinin yaradılması istiqamətində müzakirələr bu gün də davam edir. Çünki universitet açmaq heç də asan iş deyil".


Bunu təhsil naziri Emin Əmrullayev keçirdiyi brifinqdə deyib.

Onun sözlərinə görə, uyğunlaşma ilə bağlı müzakirələr aparılır: "Bu il olmasa da, gələn il tələbələri qəbul etməyi planlaşdırırıq. Hətta qarşılıqlı şəkildə nümayəndə heyətlərinin səfəri də gözlənilir".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu