Zelenski Ukraynanı üzv qəbul etməsi üçün Aİ-yə müraciət edib


Ukrayna Prezidenti Volodimir Zelenskinin növbəti müraciəti yayımlanıb.


Ukrayna Prezidentinin ofisinin yaydığı məlumata görə, Zelenski ölkəsinin xüsusi prosedur qaydasında Avropa İttifaqına üzv qəbul olunmasını xahiş edib.

“Mən prezidentliyə gedərkən hər birimizin Prezident olacağını söyləyirdim. Çünki hər birimiz dövlətimiz üçün cavabdehik. Bizim gözəl Ukraynamız üçün. İndi isə elə oldu ki, hər birimiz döyüşçüyük. Döyüşçü öz yerindədir. Və əminəm ki, hər birimiz qalib gələcəyik”, - deyə Zelenski söyləyib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu