Nail Çələbi: "Xocalı hər bir müsəlman türkün qanayan yarasıdır"


"Dünyanı, beynəlxalq ictimaiyyəti, insan haqları müdafiəçilərini və vicdanı olan hər kəsi ikili standartlara son qoymağa və Xocalı Soyqırımını pisləməyə dəvət edirəm".


Bunu AFN.az-a açıqlamasında Türk Dünyası Parlamentlər Birliyinin (TDPB) sədri, sabiq millət vəkili Nail Çələbi deyib.

Çələbi Xocalı qətliamının 30-cu ildönümü ilə bağlı verdiyi açıqlamada türklərin 30 ildir Xocalıda qətliam törədənlərin layiq olduqları cəzanı almasını gözlədiklərini bildirib. O əlavə edib ki: “Soyqırıma göz yuman ölkələri TDPB lənətləyirəm .Dünyanı, beynəlxalq ictimaiyyəti, hüquq müdafiəçilərini və vicdanı olan hər kəsi ikili standartlara son qoymağa və cinayətləri pisləməyə dəvət edirəm. Xocalı Soyqırımı Azərbaycan torpaqlarının bir hissəsi hələ də işğal altındadır”.

Türkiyənin Azərbaycanı öz haqlı yolunda heç vaxt tək qoymayacağını qeyd edən Çələbi bunları xatırladıb: "Otuz il əvvəl Xocalıda vəhşilik, qırğın və soyqırımı baş verib. Ermənilər 613 nəfəri qətlə yetiriblər. Yüzlərlə erməni əsgəri 1992-ci il fevralın 26-na keçən gecə Xocalıya basqın etdilər və günahsız əhalini qətlə yetirdilər. Xocalı o gündən bəri hər bir müsəlman türkün qanayan yarasıdır".

Fidan Afər
Ankara



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu