Azərbaycan və Türkiyə Prezidentləri telefonla danışdı

Bu gün Prezident İlham Əliyevlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub.
AFN.az xəbər verir ki, telefon söhbəti zamanı ikitərəfli gündəliyə və regional məsələlərə dair fikir mübadiləsi aparılıb.
Azərbaycanla Türkiyə arasında qardaş və dost münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyi bir daha qeyd olunub.