Nazirlik “SAS İnşaat” MTK-dan gələn şikayəti araşdırıb


Abşeron rayonu, Xırdalan şəhəri, Mehdi Hüseynzadə 313 ünvanında ağacların kəsilməsi ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət araşdırılıb.


AFN.az-ın məlumatına görə, xidmət rəsmisi Fərid Piriyev bildirib ki, sözügedən ünvana keçirilən baxış zamanı ərazidə “SAS İnşaat” MTK tərəfindən tikinti işlərinin aparıldığı, lakin ağac kəsintisi faktının olmadığı müəyyən edilib.

“Ərazidəki 23 ağac isə qeydiyyata alınaraq qorunub saxlanılması məqsədilə MTK-nın məsul şəxsi Zaur Nemətova təhvil verilib”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu