Hikmət Hacıyev Qarabağa səfər edən xarici səyyahlarla görüşdü - FOTOLAR


Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev işğaldan azad edilmiş ərazilərə səfər etmiş xarici bloqçular və səyyahlarla görüşüb.


AFN.az xəbər verir ki, bu barədə məlumatı Hikmət Hacıyev öz rəsmi Tviter hesabında paylaşıb.

“Üç gün davam edən gərgin qrafik çərçivəsində işğaldan azad edilmiş bütün ərazilərə səfər edən Nomadmania səyahətçiləri və bloqçuları ilə görüşməkdən çox məmnunam. Biz Cənubi Qafqazda münaqişədən sonrakı proseslər, Azərbaycanın sülh gündəmi və Ermənistanla normallaşma perspektivləri barədə danışdıq”, - H.Hacıyev qeyd edib.










AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu