Manaf Ağayev saxlanıldı - RƏSMİ


Müğənni Manaf Ağayev saxlanılıb.


Bu barədə AFN.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov məlumat verib.

Xəbəri rus dilində oxuyun: Задержан Манаф Агаев

O bildirib ki, sosial şəbəkələrdə yayılan videodan sonra araşdırma aparılıb:

"Manaf Ağayevin Bakıda olduğu müəyyən olundu, onlar polis idarəsinə dəvət edildi. Araşdırma zamanı müəyyən olundu ki, onlar qanunsuz yollarla, icazəsi olmadan işğaldan azad olunmuş ərazilərə keçiblər. Ona görə saxlanılıblar, barələrində araşdırma aparılır. Nəticəsindən asılı olaraq qərar qəbul olunacaq".

Əldə etdiyimiz məlumata görə, sözügedən videoda müğənninin avtomobilinin yanında görünən 10-AA-307 dövlət nömrə nişanlı maşın əraziyə qanuni əsaslarla keçib. M.Ağayevlə yanaşı, onun sürücüsü də saxlanılıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu