Ənvər Əhməd vəfat etdi


Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair Ənvər Əhməd 78 yaşında vəfat edib.


AFN.az xəbər verir ki, bu barədə onun qohumu, tanınmış jurnalist Rüstəm Əbülfətoğlu məlumat verib.

Qeyd edək ki, Ənvər Əhməd 1943-cü il avqustun 8-də Ağcabədi rayonunun Salmanbəyli kəndində doğulub. Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsində təhsil alıb.

O, müxtəlif illərdə Xankəndi Dövlət Pedaqoji İnstitutunun rektoru, Nəsrəddin Tusi adına Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şuşa filialının direktoru , Azərbaycan Müəllimlər İnstitutunun Ağcabədi filialının direktoru olub. Sonuncu iş yeri Təhsil Problemlər İnstitutunun şöbə müdiri vəzifəsi olub. 1991-ci ildə Azərbaycan Yazıçılar Birliyinin Qarabağ filialının sədri seçilib.

Filologiya üzrə fəlsəfə doktoru olan. Ə. Əhməd "Tərəqqi" medalı və "Qızıl qələm" mükafatı laureatı idi.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu