DİN-dən dava edən şagirdlərlə bağlı açıqlama


Daxili İşlər Nazirliyi ötən gün Xətai rayonunda yerləşən 116 saylı məktəbin yaxınlığında məktəblilər arasındaki kütləvi dava haqda açıqlama verib.


DİN Mətbuat Xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev bildirib ki, hadisə barədə aparılan araşdırma yekunlaşıb: “Müəyyən olundu ki, orta məktəbin şagirdləri arasında mübahisə olub. Həmin şagirdlərlə fərdi profilaktiki söhbət aparılıb, zərərçəkən və şikayətçi yoxdur. Mübahisədə kriminal tərkib aşkar edilməyib”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu