Türkiyənin vitse-prezidenti: “Ermənistanla münasibətlərimiz normallaşır"


“Ermənistan nümayəndələrinin Türkiyəyə səfər edəcəyi gözlənilir”.


AFN.az “Report”a istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Türkiyənin vitse-prezidenti Fuat Oktay deyib.

“Dünənədək Qarabağda Ermənistanla qarşı-qarşıya idik. İndi isə əlaqələr normallaşır. Türkiyənin Qarabağdakı işğala göz yumması mümkün deyildi. Biz israrla deyirdik ki, problem həll olunsun. İndi dünya da, Ermənistan rəhbərliyi də görür ki, bu, ən çox Ermənistanın xeyrinədir”, - o bildirib.

Qeyd edək ki, Azərbaycan torpaqlarının işğalına etiraz olaraq Türkiyə 1993-cü ildən Ermənistanla sərhədlərini bağlayıb və bütün əlaqələrini kəsib. İkinci Qarabağ müharibəsindən sonra rəsmi Ankara və İrəvan arasında münasibətlərin normallaşması istiqamətində addımlar atılıb.

Türkiyə Serdar Kılıçı, Ermənistan isə Ruben Rubenyanı münasibətlərin normallaşması üzrə xüsusi nümayəndə təyin edib. Onların ilk görüşü yanvarın 14-də Rusiyanın paytaxtı Moskvada keçirilib. İkinci görüşün isə fevralın 24-də Vyanada keçiriləcəyi planlaşdırılır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu