Azərbaycanda “Dövlət ehtiyatları haqqında” qanun layihəsi hazırlanacaq

Azərbaycanda “Dövlət ehtiyatları haqqında” qanun layihəsi hazırlanacaq.
AFN.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin fevralın 10-da imzaladığı "Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında" fərmanda öz əksini tapıb.
Nazirlər Kabineti dörd ay müddətində qanun layihəsini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir.