“Salfetin içində narkotik verilir” xəbərini o yayıb - VİDEO


Xəbər verdiyimiz kimi, sosial şəbəkələrdə yol kənarında uşaqların satdığı salfetlərin arasında narkotik olması ilə bağlı iddialar yayılmışdı.


DİN-in Mətbuat xidmətindən AFN.az-a bildirilib ki, həmin məlumatları yayan şəxs - Bakı şəhər sakini, 1991-ci il təvəllüdlü Kamran Abumislimov polis tərəfindən saxlanılıb.

O, etiraf edib ki, yalan məlumatı qəsdən yayıb, məqsədi ölkə xaricində yaşayan valideynlərinin diqqətini üzərinə yönəltmək olub.

Əməldə hüquq pozuntusunun tərkib əlamətləri olduğuna görə, habelə insanlar arasında çaşqınlıq yaradan yalan məlumatlar yayan K.Abumislimov barəsində toplanmış materiallar baxılması üçün Qaradağ Rayon Məhkəməsinə göndərilib.

Qeyd edək ki, DİN məsələni araşdırdıqdan sonra salfetin içində narkotik olması ilə bağlı iddiaların tamamilə yalan olması barədə açıqlama yaymışdı.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu