Qadınlara qarşı nalayiq ifadələr işlədən şəxs həbs edildi - VİDEO
İctimai yerdə qadınlara qarşı nalayiq ifadələr işlədən və onların görüntülərini çəkərək sosial şəbəkələrdə yayan şəxs saxlanılıb.
AFN xəbər verir ki, bu barədə DİN məlumat yayıb.
Bildirilib ki, həmin şəxsin Bakı şəhər sakini 25 yaşlı Samir İbrahimov olması müəyyən edilib. O, tutduğu əməldən peşman olduğunu və səhvə yol verdiyini etiraf edib. Bununla belə, onun hərəkətlərində xırda xuliqanlıq, polis işçisinin qanuni tələbinə qəsdən tabe olmama maddələrinin tərkib əlamətləri olduğuna görə faktla bağlı İnzibati Xətalar Məcəlləsinin 510, 535-ci maddələri ilə barəsində toplanmış materiallar baxılması üçün məhkəməyə göndərilib.
Məhkəmənin qərarı ilə onun barəsində 30 sutka inzibati həbs tənbeh tədbiri tətbiq olunub.