"Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzi” DİN-in tabeliyinə verildi
Bakı Nəqliyyat Agentliyinin "Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyəti Daxili İşlər Nazirliyinin tabeliyinə verilib.
AFN-in xəbərinə görə, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı "Bakı şəhərinin inzibati ərazisində nəqliyyat sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında" fərmanında öz əksini tapıb.