Cinayət işləri üzrə 206 257 561 manatlıq maddi ziyan ödətdirilib - RƏSMİ
2021-ci ildə prokurorluq və müvafiq icra hakimiyyəti orqanlarının istintaq qurumları tərəfindən istintaqı tamamlanmış cinayət işləri üzrə ümumilikdə 206 257 561 manat məbləğində maddi ziyanın ödənilməsi təmin edilib.
Bu barədə AFN.az-a Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.