Türkiyə parlamentinin komissiyası Şuşa Bəyannaməsini təsdiqlədi


Türkiyə Böyük Millət Məclisinin (TBMM) Xarici Əlaqələr Komissiyası Türkiyə-Azərbaycan münasibətlərinin rəsmi şəkildə müttəfiqlik səviyyəsinə qaldırılmasını nəzərdə tutan Şuşa Bəyannaməsini özündə əks etdirən qanun layihəsini təsdiqləyib.


AFN.az “Haber Global”a istinadən xəbər verir ki, sözügedən qanun layihəsi komissiyanın bu gün keçirilən iclasında müzakirə olunub.

Müzakirələrdən sonra komissiya bəyannamənin təsdiqlənməsi üçün sənədin Türkiyə parlamentində müzakirəyə çıxarılmasını məqsədəuyğun hesab edib.

İclasa Türkiyə xarici işlər nazirinin müavini Yavuz Selim Kıran da qatılıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu