Ermənistanın XİN rəhbəri Türkiyəyə səfər edəcək


Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və parlamentin vitse-spikeri, Ermənistanın Türkiyə ilə danışıqlar üçün xüsusi nümayəndəsi Ruben Rubinyan Türkiyəyə səfər edəcəklər.


Məlumatı Türkiyənin XİN rəhbəri Mövlud Çavuşoğlu açıqlayıb. O bildirib ki, Mirzoyan və Rubinyan Antalya Diplomatiya Forumuna qatılacaqlar.

“Hamının səsinin burada eşidilməsini istəyirik. Paşinyan Antalya Diplomatiya Forumunda iştirak edə biləcəklərini bildirib. Azərbaycan da gəlir. Hər kəs düşüncələrini söyləsin”, - deyə Çavuşoğlu qeyd edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu