Aztelekom" və "Baktelekom" yaxın günlərdə birləşdirilir - RƏSMİ
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus "Aztelekom" və "Baktelekom" MMC-lər yaxın günlərdə birləşdiriləcək.
Bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rövşən Rüstəmov bildirib. "Biz keçən il nazirliyə məxsus "Azərmarka" MMC-ni ləğv edib, "Azərpoçt" MMC-yə birləşdirdik. Bu birləşmə həmin sahədə səmərəli fəaliyyətə şərait yaradacaq. Məlumat Hesablama Mərkəzi ilə "Azintelekom" MMC-nin birləşdirilməsi də oxşar, yaxın funksiyalar yerinə yetirən qurumların bir qurum kimi fəaliyyət göstərməsinə şərait yaradacaq", - deyə nazir müavini bildirib.