İran Prezidenti sabah Putinlə görüşə gedir
Yanvarın 19-u Moskvada Rusiya və İran Prezidentləri Vladimir Putin və İbrahim Rəisi arasında danışıqlar keçiriləcək.
Bu barədə məlumatı Kremlin mətbuat xidməti yayıb.
Tərəflər görüş zamanı iki ölkə arasında münasibətlər, eləcə də gündəmdə olan beynəlxalq və regional məsələlər barədə fikir mübadiləsi aparacaqlar.
Həmçinin, liderlər İranın nüvə sazinin icrası məsələlərini də müzakirə edəcəklər.