Ayaz Nəzərovun şəhid olması faktı ilə bağlı cinayət işi başlandı
Baş Prokurorluq dünən Kəlbəcərdə şəhid olan Ayaz Nəzərovun ölümü ilə bağlı cinayət işi başlanılıb.
Mətbuat xidmətindən "Qafqazinfo"ya verilən məlumata görə, Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu 1998-ci il təvəllüdlü əsgər Ayaz Nəzərov Kəlbəcər rayonu ərazisində xidməti vəzifələrinin icrası zamanı düşmən tərəfindən açılmış atəş nəticəsində şəhid olub.
Faktla bağlı Kəlbəcər hərbi prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.12-ci (milli, irqi, dini ədavət və ya düşmənçilik niyyəti ilə adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Hazırda iş üzrə istintaq davam edir.