673 nəfər koronavirusa yoluxub, 14 nəfər ölüb


Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 673 yeni yoluxma faktı qeydə alınıb, 392 nəfər müalicə olunaraq sağalıb.


Nazirlər Kabineti yanında Operativ Qərargahdan AFN-ə verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 14 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 622 236 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 606 311 nəfər müalicə olunaraq sağalıb, 8 471 nəfər vəfat edib. 7 454 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 9 333, bu günə qədər isə ümumilikdə 5 957 603 test icra olunub.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu