Cüdo üzrə Azərbaycan millilərini onlar çalışdıracaq
Azərbaycan Cüdo Federasiyasının iclası keçirilib.
Toplantı zamanı cüdo üzrə Azərbaycan milli komandalarının yeni məşqçilər heyəti təsdiqlənib. Gənclərdən ibarət yığmanın baş məşqçisi Elçin İsmayılov böyüklərdən ibarət komandanın böyük məşqçisi təyin edilib.
Həmçinin Mehman Əzizov baş məşqçi Mövlud Mirəliyevin köməkçisi vəzifəsinə gətirilib. Gənclərdən ibarət yığmanın məşqisi Zaur Babayev də işini əsas millidə davam etdirəcək.
Böyüklərdən ibarət komanda
Baş məşqçi: Mövlud Mirəliyev
Böyük məşqçi: Elçin İsmayılov
Məşqçilər: Mehman Əzizov, Zaur Babayev
Gənclərdən ibarət komanda
Baş məşqçi: Elxan Məmmədov
Məşqçilər: Elxan Rəcəbli, Rüstəm Alimli
Yeniyetmələrdən ibarət komanda
Baş məşqçi: Ramiz Ramizzadə
Məşqçilər: Emin İskəndərov, Nicat Şıxəlizadə
Qadınlardan ibarət komanda
Baş məşqçi: Rəşad Məmmədov
Məşqçi: İmamverdi Məmmədov
Məşqçilər (gənclər): Vüqar Hüseynov, Kifayət Qasımova
Məşqçi (yeniyetmələr): Elnur İsmayılov.