Xəzərin səviyyəsi ən çox bu il düşüb - 35 sm


Xəzər dənizinin səviyyəsinin düşməsi ilə bağlı regional ekspert qrupunun yaradılması planlaşdırılır.


Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat konfransında Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva bildirib.

Nazirlik rəsmisi suyun səviyyəsinin aşağı düşməsinin bəzi ölkələri də narahat etdiyini deyib: "Dəniz suyunun aşağı enməsi xəzəryanı ölkələr üçün narahatlıq doğurur. Xəzər dənizinin səviyyəsi 2005-ci illə müqayisədə 119 sm enib. Xəzər dənizinin aşağı enmə səviyyəsi ən çox bu il qeydə alınıb. Gələn ilin mart ayında nazirliyin təşəbbüsü ilə konfrans keçiriləcək və alman mütəxəssisləri və s. iştirakı ilə bağlı bu istiqamətdə elmi bazanın yaradılması məsələsinə diqqət yetirəcəyik".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu