Məhkəmə sədri vəfat etdi


Bakı şəhər Pirallahı Rayon Məhkəməsinin sədri Tapdıq Mahmudov vəfat edib.


Bu barədə Məhkəmə Hakimləri İctimai Assosiasiyasının mətbuat katibi Kəramət Əliyev məlumat verib. Mərhumun bu gün koronavirusdan müalicə aldığı xəstəxanada öldüyü bildirilir.

Məlumatı Ədliyyə Nazirliyinin Mətbuat Xidmətindən saytımıza təsdiqləyiblər.

Qeyd edək ki, T.Mahmudov müxtəlif illərdə Nəsimi Rayon Məhkəməsinin və Ali Məhkəmənin hakimi işləyib. 2015-2021-ci illərdə isə Gəncə Apelyasiya Məhkəməsinin sədri olub. O, 2021-ci ildən isə Pirallahı Rayon Məhkəməsinin sədri idi.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu