Azərbaycan Gorus-Qafan yolu üzərində ilk yanacaqdoldurma məntəqəsini açıb
Azərbaycan-Ermənistan dövlət sərhədində, Qubadlı rayonu ərazisində ilk yanacaqdoldurma məntəqəsinin açılışı olub.
Yanacaqdoldurma məntəqəsi Qubadlının Eyvazlı kəndində, Gorus-Qafan yolu üzərində yerləşir.
Açılış mərasimində SOCAR-ın prezidenti Rövnəq Abdullayev iştirak edib.